Facebook bağlanmayacaq, hələ görüləcək çox iş var - Facebook rəsmisi
Keçən həftə sonu dünya mətbuatında və sosial medialarda dolaşan başlıca xəbərlərdən biri Facebook saytının bu il martın 15-də bağlanması ilə bağlı idi. Facebook istifadəçilərinin ciddi narahatlığına səbəb olan bu şayiə-xəbərdə deyilirdi ki, saytın həmtəsisçisi Mark Zukerberq artıq belə həyatdan bezib və keçmiş həyatına qayıtmaq istədiyi üçün 6 il əvvəl yaratdığı qurumun fəaliyyətinə martın 15-də son qoymaq qərarına gəlib. Ancaq Facebook saytının İctimai Əlaqələr üzrə direktoru Lerri Yu Twitter səhifəsində belə bir post yerləşdirib: “Biz bağlanmaqla bağlı heç bir xəbərdarlıq almamışıq, görüləsi çox iş var. Biz indiyədək gördüyümüz işi davam etdirəcəyik”.
10 Fevral, 2011 14:55 ⁄ Baxılıb: 1698
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |