Simsar.az | bizi özünüzə Simsar bilin
Sabirabadda kəndə canavar sürüsü hücum edib

Sabirabad rayonunun Kürkənd kəndinə canavar sürüsü hücum edib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna kəndin icra nümayəndəsi Zülfəli Musayev məlumat verib. Onun bildirdiyinə görə, canavarlar iki ulağı və xırda buynuzlu heyvanı parçalayıblar. Kənd meşə massivinə yaxın olduğundan hətta canavarlar gündüzlər də mal-qaraya hücum edirlər. Fevralı 8-də isə kənd sakini Şahin Əsədov mal-qarasını örüşə apararkən sürü canavarların hücumuna məruz qalıb və bir itibuynuzlu heyvanı yaralayıblar. Kənd sakinlərinin köməyi ilə canavarlar ərazidən qovulub.

9 Fevral, 2011  17:13 Baxılıb: 7448

Bu bölmədə