Soyuqlar başladı
Fevralın 10-da şimal və qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində hava şəraitinin yenidən dəyişəcəyi və yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umara Tağıyevanın APA-ya verdiyi məlumata görə, temperatur 3-5 dərəcə düşəcək. Fevralın 10-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-8 dərəcə isti olacaq.
9 Fevral, 2011 17:00 ⁄ Baxılıb: 1708
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |