Simsar.az | bizi özünüzə Simsar bilin
ATV rəhbərliyi simsar.az-a açıqlama verdi

Həsən Abdullayev: «Mən kabinetimdə oturub işlərimi davam etdirirəm»

«Mənim ATV-dən çıxmağım barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Mənim fikrimi öyrənmədən barəmdə yalan məlumat yayıblar».
Bunu «simsar.az»a açıqlamasında ATV-nin vitse-prezidenti Həsən Abdullayev bildirib.
Bu gün bəzi xəbər portallarında gedən məlumatlara görə, “Azad Azərbaycan” (ATV) telekanalının prezidenti Tağı İbrahimov başda olmaqla, rəhbərlik kanalı tərk edir. Guya kanalın vitse-prezidenti Həsən Abdullayev bu gün otağını boşaldaraq, işçilərinə otağındakı suvenirləri paylayıb. O, “kim nə istəyir götürsün, bunları aparmağa yerim yoxdur”-deyib.
H.Abdullayev isə bizimlə söhbətində dəqiqləşdirilmədən bu cür məlumatların yayılmasına etibaz etdi: «Bu tamamilə yanlış məlumatdır».
Telekanalın təsisçilərinin dəyişməsi məsələsinə gəlincə isə H.Abdullayev «mən təsisçilərlə bağlı məlumatlar barədə heç nə deyə bilmərəm. Mən icraçıyam və öz kabinetimdə oturub işlərimi davam etdirirəm».

4 Fevral, 2011  20:24 Baxılıb: 3417

Bu bölmədə