Azərbaycan 120 mm çaplı universal minaatanların istehsalına başlayır
Azərbaycan bu il 120 mm çaplı minaatanların istehsalına başlayacaq. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Azərbaycanlı mütəxəssislər tərəfindən üzərində təkmilləşdirmələr aparılmış bu silahlar universal təyinatlı (həm mərmi, həm də mina atma qabiliyyətinə malik) olacaq. Universal minaatanların bu ilin birinci yarısında sınaqlardan keçirilib silahlanmaya qəbul ediləcəyi gözlənilir. Artıq həmin məhsulun istehsalı üçün müəssisədə texnoloji xətt də yaradılıb.
4 Fevral, 2011 18:45 ⁄ Baxılıb: 1824
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |