Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlı iş adamı ad gününü Tarkanla qeyd edib

Adı açıqlanmayan bir azərbaycanlı iş adamı doğum gününü İstanbulda pərəstişkarı olduğu meqastar Tarkanla baş-başa qeyd edib.

Mühafizəçiləri sayəsində iş adamı ilə məkan çıxışında müxbirlərə yaxalanan Tarkanın şəklini çəkmək mümkün olmayıb. Müğənninin menecerinin açıqlamasına görə, Tarkanın qonağı illər öncə onu Azərbaycandakı evinə özəl konsert vermək üçün dəvət edən iş adamıdır. İş adamı doğum gününü qeyd etmək üçün Tarkanla İstanbulda görüşüb. 

Məlumata görə, gecənin sonunda Tarkan mülkü polislərin müşayiəti ilə qonağını “Astoria Residence”ə qoyub, özü isə İstanbulun Tarabya səmtindəki evinə gedib.

3 Fevral, 2011  22:40 Baxılıb: 1820

Bu bölmədə