Simsar.az | bizi özünüzə Simsar bilin
23 -24- 25 APREL “NİYƏ?”

Simsar teatr studiyası növbəti tamaşanın premyerasını keçirəcək

«Simsar» Teatr Studiyası aprelin 23-də Dövlət Mahnı Teatrının səhnəsində “Niyə?” adlı yeni tamaşanın premyerasını keçirəcək. Tamaşanın nümayişi aprelin 24 və 25-də davam edəcək. «Niyə? »-nin ssenari müəllifi və rejissoru əməkdar artist Pərviz Məmmədrzayevdir. Rolları aktyorlar Azər Rzayev, Murad Əliyev, Nicat Əlizadə, Elgün Həmidov, Sabir Məmmədov, Səbinə Namazova, Vaqif Əzizov və Pərviz Məmmədrzayev ifa edirlər. «Niyə?» satirik yumoristik səhnəciklərdən ibarət tamaşadır.
Qeyd edək ki, «Simsar» Teatr - Studiyası 10 may 2010-cu ildə Simsar MMC tərəfindən yaradılıb. Teatrın bədii rəhbəri Pərviz Məmmədrzayevdir. Studiya ötən il yanvarın 27-də Gənc Tamaşaçılar teatrında “Vaqa” adlı ilk tamaşasının premyerasını keçirib.

13 Aprel, 2012  18:34 Baxılıb: 2557

Bu bölmədə