Aybəniz Haşımovanın tələbələri xarici tamaşaçıları heyrətləndirib - VİDEO
Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında keçirilən Birinci Beynəlxalq Opera Festivalında görkəmli sənətkar Aybəniz Haşımovanın tələbələri xarici tamaşaçıları riqqətə gətirib. Simsar.az xəbər verir ki, "Sənət Akademiyasının təmsilçiləri –Davud Nəsirli və Nərmin Nərimanlının səhnədə böyük ustalıq göstərməsi Böyük Britaniyada fəaliyyət gpstərən Azərbaycan Beynəlxalq Məktəbin (TİSA) musiqi müəllimini heyrətləndirib. İngilis tamaşaçı yeniyetmə sənətçilərlə görüşündə yaşadığı zövqü bu ifadələrlə büruzə verib: "Sizin ifanız, səhnə mədəniyyətiniz, gestləriniz möhtəşəmdir. Siz sanki uzun illərin böyük sənətkarlarısız. Gəlin birlikdə şəkil çəkdirək, siz böyüyəndə mən həmin fotonu hamıya göstərib fəxrlə deyim ki, bu dahi sənətkarlarla hələ onlar uşaq olanda birgə şəklim var". Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.
30 Aprel, 2024 17:45 ⁄ Baxılıb: 2299
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |