Simsar.az | bizi özünüzə Simsar bilin
Aybəniz Haşımova və Sənət Akademiyası Qurtuluş Günü ilə bağlı Aktau şəhərində konsert verib

Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) və Aktauda Baş Konsulluğumuzun birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirildi. Bu barədə Simsar.az - a əməkdar artist Aybəniz Haşımova xəbər verib. Onun sözlərinə görə səfər yüksək səviyyədə keçib. "Soydaşlarımızdan aldığımız istiliyi, gördüyümüz xoş və doğma münasibəti heç vaxt unutmayacağıq. TAİB dövlətimizin, xalqımızın adına layiq tədbir təşkil edib. Ən xırda detallara qədər hər şey nəzərə alınıb. Mən çox xarici səfərdə olmuşam. Deyim ki, TAİB- in təşkil etdiyi Qazaxıstan səfəri həm mənim, həm də, Sənət Akademiyasının tələbələrinin yaddaşında silinməz iz buraxacaq. Bir sözlə səfər mükəmməl şəkildə təşkil olunub. Dövlətimizin yüksək adına uyğun işlər görən TAİB rəhbərliyinə minnətdaram.

Eyni zamanda, bizə diqqətini əsirgəməyən Baş Konsulumuz Elçin müəllimə, və diasporumuzun fəallarına təşəkkürümü bildirirəm."

 

 

13 İyun, 2024  14:13 Baxılıb: 5835

Bu bölmədə