Simsar.az | bizi özünüzə Simsar bilin
Xəzərdə təlimlər

FHN Rusiya və Qazaxıstanla birgə Xəzərdə təlim keçirib

Bu barədə APA “Fövqəladə Hallar” qəzetinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 29-30-da Xəzər dənizinin şimal hissəsində, "Lukoil" şirkətinin Yuri Korçagin adına neftçıxarma platforması rayonunda keçirilən təlimin ssenarisinə əsasən stasionar neftçıxarma platformasının ərazisində tankerin naməlum gəmi ilə şərti toqquşması baş verib. Nəticədə yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın aidiyyəti qurumlarının və xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Tədbirdə FHN-in rəhbər heyəti, əməliyyat qrupu, axtarış-xilasetmə qrupu, rabitə vasitələri, "Vixr" yanğınsöndürmə gəmisi, qəza qrupu, və "BE-200 ÇS" amfibiya təyyarəsi iştirak edib.

1 Oktyabr, 2011  17:40 Baxılıb: 1050

Bu bölmədə