Simsar.az | bizi özünüzə Simsar bilin
Sosial Müdafiə Fondunda ixtisarlar

40 faiz adam yerli qurumlarda işini itirəcək 

Simsar.az-ın xəbərinə görə, bu barədə DSMF sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, DSMF-nin yerli orqanlarında çalışanların sayı elə də çox deyil: “Onlar 4 müxtəlif sahə üzrə proseslər həyata keçirir. Bütün regionlarda yerli işçilərin avtomatlaşdırılmış iş rejiminə keçmişik”.

S.Müslümov qeyd edib ki, Azərbaycanda elektron pensiya sisteminə tam keçildikdən sonra pensiya təminatında bu qədər işçinin çalışmasına ehtiyac qalmayacaq: “Bu səbəbdən ən azı 40%-dək işçilərin ixtisar olunması məsələsi meydana gələcək. Elektron pensiya sisteminə tam keçilməsi gələn il ərzində nəzərdə tutulub”.

30 Sentyabr, 2011  18:10 Baxılıb: 1056

Bu bölmədə