Simsar.az | bizi özünüzə Simsar bilin
“Xəzər” televiziyası Lent.az-ı təkzib etdi – Qarşı tərəf

Telekanalın əməkdaşları döyülməyiblər

“Xəzər” televiziyasının əməkdaşlarının “Neptun” şadlıq sarayı qarşısında döyülməsi ilə bağlı informasiya yayılıb. Lent.az-da eksklüziv xəbər kimi təqdim olunan bu hadisə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə istinadən dərc edilib.

Xəbərdə deyilir ki, televiziyanın iki əməkdaşı şadlıq sarayının qarşısında gəlin maşınlarından ibarət karvanın hərəkətini çəkərkən, toy sahiblərinin etirazına səbəb olub. Toy sahibləri onları döyüb xəstəxanalıq ediblər.

Simsar.az-ın əməkdaşı “Xəzər” radiosunun rəhbəri Sərraf Nəzərli ilə əlaqə saxlayaraq, hadisəyə aydınlıq gətirməsini istəyib.
S.Nəzərlinin cavabı isə belə olub: “Televiziyanın əməkdaşlarından heç kəs döyülməyib. Belə bir xəbər kökündən yanlışdır”.

30 Sentyabr, 2011  17:38 Baxılıb: 3164

Bu bölmədə