Simsar.az | bizi özünüzə Simsar bilin
Musavat.com saytına haker hücumu

Saytın fəaliyyətində problem yaranıb 

“Yeni Müsavat” qəzetinin internet versiyası olan “musavat.com” saytının fəaliyyətində problem yaranıb. Saytın redaktoru Xalid Kazımlının Lent.az-a erdiyi məlumata görə, sayta süni girişlərin (attack) sayı xeyli artıb və bu səbəbdən səhifələrin açılmasına maneələr yaranıb.

Hazırda internet texnologiyaları mütəxəssisləri saytın normal fəaliyyətini bərpa etmək üçün işləyirlər. Həmçinin “musavat.com”un fəaliyyətinə süni maneə yaradan mənbə öyrənilir.

16 Sentyabr, 2011  17:13 Baxılıb: 1346

Bu bölmədə