Polis geyimi barədə yazılanlar yanlışdı
Polisin yalnız papağında dəyişiklik edilib DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirilib ki, ölkə başçısı İlham Əliyev daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının təzahürü olaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirində dəyişikliklər edilməsi haqqında” sərəncam imzalayıb. Ölkə başçısının məlum sərəncamının mətbuatda düzgün şərh edilmədiyini vurğulayan E. Zahidov məsələyə aydınlıq gətirib: “Bəzi mətbuat orqanlarında bu sərəncamın mahiyyətinə varmadan yanlış məlumatlar yer alıb. Sərəncama əsasən polisin geyim formasında indiyədək olmayan bir neçə əlavə və dəyişikliklər olunub. Məsələn, indiyədək polis əməkdaşının istifadə etdiyi qış papağının dizaynı və materialı dəyişdirilib. Dəyişiklik yalnız buna aiddir. Əlavələr isə ondan ibarətdir ki, indiyədək polis əməkdaşlarının geyim dəstində olmayan səhra gödəkcəsi, səhra qış papağı və qadın əməkdaşlar üçün yubka ilə yanaşı gündəlik şalvar polis əməkdaşlarının geyim dəstinə daxil edilib”.
14 Sentyabr, 2011 17:44 ⁄ Baxılıb: 3511
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |