Simsar.az | bizi özünüzə Simsar bilin
QATARLARA ƏLAVƏ VAQONLAR QOŞULACAQ

"Azərbaycan Dəmir Yolları" yeni dərs ilinin başlanması ilə bağlı qatarlara əlavə vaqonlar qoşacaq

Sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC əsasən Bakıda yerləşən ölkənin ali təhsil məktəblərində təhsil alan tələbələrin çatdırılması üçün bütün daxili reyslərə əlavə vaqonlar birləşdirəcək. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, vaqonların əlavə olunması sentyabrın 12-də başlanacaq.

Ölkənin ümumi uzunluğu 2929,4 km olan dəmir yollarının 2099,7 km-i işləkdir ki, bunun da 804,7 km hissəsi ikitərəflidir. Eyni zamanda işlək yolların 1271,4 km hissəsi və ya 60 faizi elektrikləşdirilib, 1650 km isə avtomatlaşdırılmış siqnal sistemi ilə təmin olunub./trend

10 Sentyabr, 2011  17:13 Baxılıb: 921

Bu bölmədə