Azərbaycan prezidentinin qızının toyudu
Arzu Əliyeva ailə həyatı qurur Bu gün Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın toy mərasimi keçiriləcək. Simsar.az-ın məlumatına görə, toy Bakıda Zuğulba qəsəbəsində açıq havada baş tutacaq. Məlumatlara görə, toya ən ali qonaqlar dəvət alıb. Dövlət başçısının kiçik qızı Arzu xanım Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə ailə həyatı qurur. Onun nişanlısı Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var.
3 Sentyabr, 2011 16:01 ⁄ Baxılıb: 5375
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |