Simsar.az | bizi özünüzə Simsar bilin
Misir Məmmədov pensiya yaşına çatan müəllimlərdən danışdı

Qanunu həyata keçirməkdə problem yarana bilər

“65 yaşlı işçilərin işdən çıxarılması ilə bağlı qanun parlament tərəfindən təsdiq olunub. Hər birimiz ona hörmətlə yanaşmalıyıq və artıq onun icrasına başlanılıb”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın təhsil sistemində çalışan 17 minə yaxın işçi bu halla qarşılaşacaq: “Biz bu problemi bir günün içində həll etmək fikrində deyilik. Məslə zamanı gəldikcə həll olunacaq. Görsək ki, təhsil sistemində kadr problemi yaranır, müvəqqəti olaraq bu prosesi saxlamalı olacağıq. Bu addım ona görə atılır ki, ölkədə təhsilin keyfiyyəti yaxşılaşsın, təhsilə yeni nəfəs, gənclər gəlsin. Ona görə hesab edirəm ki, biz bu məsələnin həllinə ağılla getməliyik”.

3 Sentyabr, 2011  15:35 Baxılıb: 981

Bu bölmədə