Simsar.az | bizi özünüzə Simsar bilin
MÜƏLLİMLƏR İMTAHAN VERİR

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, bir gün davam edəcək imtahan informatika müəllimliyi ixtisası üzrədir. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Bu gün səhər saat 9.00-da başlayan imtahan axşam saat 18.00-dək davam edəcək. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək.

Qeyd edək ki, hazırda ölkədə informatika müəllimliyi ixtisası üzrə 188 vakant yer var. Vakant yerlərdən 29-u Bakı şəhəri, 159-u isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 440 nəfər ərizə verib.

25 Avqust, 2011  13:40 Baxılıb: 973

Bu bölmədə