MİSİR MƏRDANOV JARKKO LEHİKOYNENİ QƏBUL EDİB
Təhsil naziri Misir Mərdanov Avropa Gənclər Kartı Assosiasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Təhsil naziri Misir Mərdanov Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Jarkko Lehikoynenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, J. Lehikoynen hazırda Avropanın 40-a yaxın ölkəsinin Gənclər Kartı prosesinə qoşulduğunu, bütövlükdə isə bu ölkələrdən 30 yaşınadək 4 milyondan çox gəncin qeyd olunan kartların daşıyıcısı olduğunu nəzərə çatdırıb. O deyib ki, Gənclər Kartının Azərbaycanda tətbiqi ilə bağlı Gənclər və İdman Nazirliyində ciddi müzakirələr aparılıb. Assosiasiya rəhbəri bu kartların Azərbaycanın ali məktəblərində tətbiq olunması üçün M. Mərdanovdan dəstək göstərməyi xahiş edib.
24 Avqust, 2011 04:40 ⁄ Baxılıb: 918
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi |