Simsar.az | bizi özünüzə Simsar bilin
MSK seçkiyə hazırlaşır

Boş qalmış bələdiyyə yerlərinə seçkiyə  sentyabrda start veriləcək

Simsar.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Seçkilər 2009-cu ildə nəticələri ləğv edilmiş 9 bələdiyyə üzrə, həmçinin, boş qalan bələdiyyələrə keçiriləcək: “Kifayət qədər əhatəli seçkilər olacaq. Seçkilərlə bağlı elan sentyabr ayında veriləcək. Elan olunandan 60 gün sonra seçkilər keçiriləcək. Böyük ehtimalla seçkilər payızda olacaq”.

23 Avqust, 2011  22:20 Baxılıb: 953

Bu bölmədə