Simsar.az | bizi özünüzə Simsar bilin
"FƏNƏRBAĞÇA"DAN AYRILMAQ NİYYƏTİM YOXDUR"

"Fənərbağça" klubunun braziliyalı futbolçusu Andre Santos komandadan ayrılacağı haqda yayılan xəbərləri təkzib edib.

Santos daha bir il "Fənərbağça"da qalacağını bildirib:

"Hələ daha bir il buradayam. "Fənərbağça"dan ayrılmaq niyyətim yoxdur. Superliqada və Çempionlar Liqasında komandamın uğuru üçün əlimdən gələni edəcəyəm. Haqqımda yayılan xəbərlərin hamısı yanlışdır. Noyabr ayında ata olacağam. İstərdim ki, oğlum İstanbulda dünyaya gəlsin. Oğluma bir vaxtlar "Fənərbağça"nı çalışdırmış Zikonun (Artur) adını verəcəyəm".

9 Avqust, 2011  14:05 Baxılıb: 970

Bu bölmədə