Simsar.az | bizi özünüzə Simsar bilin
Vüqar Nadirov yeni futbol klubu yaradıb

Azərbaycan milli komandasının eləcə də Qarabağ futbol klubunun sabiq futbolçusu Vüqar Nadirov FC Hypers adlı yeni futbol klubu yaradıb. Klubun prezdenti iş adamı Ayaz Abdullayevdir. Yeni yaranan klub ilk dəfə olaraq Affanın təşkil etdiyi Regionlar liqasında gücünü sınayacaq.

"FC Hypers" Paytaxt və Şimal zonasında yer alacaq. Çempionluq uğrunda yarışacaq kollektivin baş məşqçisi də elə Vüqar Nadirovun özüdür. Onlar ev oyunlarını Mərdəkanda - “Dalğa Arena”da keçirəcək.

Klub prezdenti öz açıqlamasında Vüqar Nadirova güvəndiyini bildirib. A.Abdullayev klubu mütəmadi olaraq ziyarət edir. Onun sözlərinə görə: "Nizam-intizam və məşqlərdə futbolçuların əzminin yüksək olması əsas məqsəd və prinsiplərdəndir"

Qeyd edək ki,  "FC Hypers" klubu sabah  ‘’FC Şirvanovka’’ kollektiviylə yoxlama görüşünə çıxacaq. Görüş 14:00-da Şirvanovkada keçiriləcək.

4 Noyabr, 2023  16:52 Baxılıb: 7950

Bu bölmədə