Simsar.az | bizi özünüzə Simsar bilin
Ayaz Mütəllibovun oğlu vəfat etdi

Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkib

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. Bu barədə Simsar.az –a açıqlamasında ASDP-nin həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, bu gün dünyasını dəyişən mərhum Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkib. 

Mərhumla vida mərasimi sabah 14.30 radələrində Təzə Pir məscidində baş tutacaq. O, köhnə Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq.

Hazırda Rusiyada yaşayan sabiq prezidentin oğlunun dəfn mərasimində iştirak edib-etməyəcəyi bəlli deyil. A. Əlizadə bildirib ki, bu barədə heç nə deyə bilməz.

Allah rəhmət eləsin!

8 Avqust, 2011  21:11 Baxılıb: 1089

Bu bölmədə