Simsar.az | bizi özünüzə Simsar bilin
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Simsar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat yayıb.

Bildirilib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb:

“Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır”.

Qeyd edək ki, Aytən Piriyeva tanınmış aparıcı Aytən Səfərovadır. Onun müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.

17 Aprel, 2024  13:15 Baxılıb: 1491

Bu bölmədə