Simsar.az | bizi özünüzə Simsar bilin
Taliban NATO helikopterini vurdu: 33 hərbçi ölüb

Taliban terror təşkilatı bu gün Əfqanıstanda “Çinok” tipli NATO helikopterini vurduğunu açıqlayıb.

Simsar.az-ın məlumatına görə, vertolyotda olan 33 nəfər ABŞ hərbçisinin hamısının öldüyü iddia edilir. 

Talibanın sözçüsü Zabinullah Mücahid “Reuters”ə göndərdiyi mesajda bildirib ki, NATO təyyarəsini vurublar və 33 ABŞ hərbçisi öldürülüb.

Hələ ki, bu xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Onu da bildirək ki, Taliban ötən həftə də ABŞ ordusuna aid “Çinok” tipli vertolyot vurmuşdu. Hadisə nəticəsində 38 ABŞ hərbçisi ölmüşdü.

Əfqanlar təkcə bu il 338 ABŞ əsgərini qətlə yetiriblər.

8 Avqust, 2011  21:11 Baxılıb: 937

Bu bölmədə