ARSENALDAN BARSAYA NÖVBƏTİ RƏDD CAVABI
Barselona rəhbərliyi uzun müddətdir heyətinə cəlb etməyə çalışdığı Sesk Fabreqas transferində uğurlu nəticə əldə edə bilməməkdədir. Katalon klubunun uzun müddətdir klubun heyətinə cəlb etməyə çalışdığı Arsenalın ulduz futbolçusu Sesk Fabreqası heç bir vəchlə transfer etməyi bacara bilmir. Bunun əsas səbəbi də, Arsenal rəhbərliyinin futbolçunun transferi üçün müəyyənləşdirdiyi məbləğdə razılığa gələ bilməməsidir. Verilən son xəbərə görə, Barsanın Seskin transferi üçün Arsenala təklif etdiyi sonuncu təklif də rədd edilib. Barselona Arsenala 35 milyon avro təklif etsə də, ingilis klubu futbolçunu 45 milyondan aşağı satmayacağını bildirib və bu görüş də uğursuzluqla nəticələnib.
6 Avqust, 2011 19:31 ⁄ Baxılıb: 1025
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |