ERMƏNİLƏR GÜRCÜSTAN SƏRHƏDİNDƏ ÜÇ AZƏRBAYCANLINI TUTUBLAR
Təzəkənd kənd sakinləri: “Ermənilər adamlarımızı sərhədi pozmaq bəhanəsi ilə tez-tez saxlayırlar” Gürcüstan-Ermənistan sərhədində insident baş verib.Erməni sərhədçiləri Təzəkənd kənd sakinləri olan üç azərbaycanlı gənci həbs edərək Ermənistana aparıblar. Kənd sakini, Heydər Əliyev adına Tədris Universitetinin gürcü dili və ədəbiyyatı fakültəsinin II kurs tələbəsi Nəzakət Aşiqova bildirib ki, Təzəkənd kəndi Ermənistanla 3-4 km məsafədə yerləşir. “Kəndimizin gəncləri mənbəyini Ermənistan dağlarından alan Debed çayında çimərkən erməni sərhədçiləri tərəfindən saxlanılıblar. Sərhədçilər 18 yaşlı Kamil Naibovu, Ramin Nəcəfovu və onun Elşən adlı dostunu saxlayaraq Ermənistan ərazisinə aparıblar. Bundan xəbər tutan gənclərin valideynləri və kənd camaatı gəncləri geri qaytarmaq üçün Sadaxlı polis məntəqəsinə müraciət etdilər. Nəticədə erməni sərhədçiləri ilə uzun danışıqlardan sonra gənclər geri qaytarıldı”.
6 Avqust, 2011 18:28 ⁄ Baxılıb: 1098
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |