Simsar.az | bizi özünüzə Simsar bilin
ATƏŞKƏS POZULUB

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 6-da saat 01.10-dan 01.15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.50-dən 05.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

6 Avqust, 2011  16:07 Baxılıb: 1033

Bu bölmədə