Simsar.az | bizi özünüzə Simsar bilin
AYSALIN TERİMƏ TƏKLİF ETDİYİ “ULDUZ”

Transfer fəaliyyətlərini davam etdirən Qalatasarayda bu istiqamətdə yeni bir iddia ortaya atıldı.

Növbəti mövsümə hazırlıqlarını davam etdirən Qalatasaray klubu transfer fəaliyyətlərində də fasilə vermək niyyətində deyil. Bu günə qədər bir sıra vacib transferlər reallaşdıran Qalatasaray rəhbərliyi diqqətini digər bir ulduz futbolçuya çevirib. Vatan qəzetinin verdiyi məlumata görə, klub prezidenti Ünal Aysal baş məşqçi Fatih Terimə Mançester Yunaytedin bolqarıstanlı ulduz futbolçusu Dimitar Berbatovu transfer etməyi təklif edib.

Xatırladaq ki, hal-hazırda Mançester Yunaytedin futbolçusu olan Dimitar Berbatovun yeni mövsüm ərəfəsində klubdan ayrıla biləcəyi haqqında iddialar yayılmaqdadır.

5 Avqust, 2011  20:35 Baxılıb: 1071

Bu bölmədə