Simsar.az | bizi özünüzə Simsar bilin
Avroliqada şok: «Maynts 05», «Palermo» və «Den Haaq» erkən dayandı

Serbiyada qol yağdı, Danimarka son anda yıxıldı, "Bursaspor" mərhələ adladı

Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, qitə arenalarında baş tutan 35 qarşılaşmada play-off mərhələsinə vəsiqə qazanan 35 klub müəyyənləşib.
"Qarabağ"ın "Brügge" üzərində qələbə qazanıb mübarizəni dayandırdığı gecədə Türkiyənin iki klubu meydana çıxıb. "Bursaspor" Türkiyədə 2:1 hesabı ilə yendiyi "Qomel"i Belarusda 3:1 hesabı ilə məğlub edib. "Qaziantepspor" Türkiyədə uduzduğu (0:1) "Legia" ilə Polşada 0:0 hesablı heç-heçəyə razılaşıb. Lakin bu nəticə mərhələ adlamaq üçün yetərli olmayıb.
II təsnifat mərhələsində "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdıran Təl-Əviv "Makkabi"si rəqibinə divan tutub. Bosniya və Herseqovinanın "Jeljezniçar" klubunu qəbul edən İsrail klubu 6:0 hesablı qələbəyə sevinib. "Makkabi" səfər oyununda 2:0 hesablı qələbə qazanmışdı.

Bu gecə bir sıra gözlənilməz nəticələr qeydə alınıb. Belə matçlardan biri Rumıniyada baş tutub. "Maynts 05"lə səfər oyunundan 1:1 hesablı heç-heçə ilə dönən "Qaz Metan" mərhələ adlayıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan rumınlar 5:4 hesablı qələbə qazanıb. Bununla da Almaniya Bundesliqasının ötən mövsümkü sürprizi avrokuboklardan kənarda qalıb.
Daha bir sensassiya İsveçrədə qeydə alınıb. Yerli "Tun" klubu İtaliya "Palermo"sunu sıradan çıxarıb. İtaliyadan 2:2-lik bərabərliklə dönən "Tun" evdə özünə sərf edən nəticəni - 1:1-lik bərabərliyi təmin edib və sərhələ adlayıb.
Kipr "Omonia"sı isə "Den Haaq"ı sıradan çıxarıb. Səfər oyununda 0:3 hesabı ilə yenilən Hollandiya klubu evdə 1:0 hesablı qələbə qazanaraq "Qarabağ"ın aqibətini yaşayıb.

Gecənin ən dramatik qarşılaşması Danimarkada baş tutub. Səfər oyunundan 0:2 hesablı məğlubiyyətlə dönən "Bröndbü" ev oyununun 55-ci dəqiqəsinə qədər "Rid"in qapısına 4 qol vurub. Bu nəticə danimarkalılara mərhələ adlamaq üçün yetərli olsa da, 71 və 88-ci dəqiqələrdə iki qol vuran Avstriya klubu növbəti mərhələyə çıxıb.

Gecənin ən çox qol vurulan və ən böyükhesablı qələbəsi Serbiyada qeydə alınıb. "Srvena Zvezda" səfərdə 2:1 hesabı ilə yendiyi "Ventspils"i darmadağın edib. Serblər Latviya klubunun qapısında 7 cavabsız top keçirib.

Avropa Liqası
III mərhələ
Cavab oyunları

4 avqust
F/T: Mlada (Çexiya) - AEK (Kipr) 2:2
Qolllar: Yakub Rejniçek, 52-pen. Yan Stohanzl, 74 - Njongo Priso, 44. Milan Mrdakoviç, 76.
İlk oyun - 0:3

F/T: Varajdin (Xorvatiya) - Dinamo (Rumıniya) 1:2
Qollar: Josip Qolubar, 14 - İonel Dançiulesku, 7. Katalin Munteanu, 26.
İlk oyun - 2:2

F/T: Aktobe (Qazaxıstan) - Alaniya (Rusiya) 1:1 (Pen-3:5)
Qollar: Vladimir Djilas, 75 - Marat Bikmayev, 55.
İlk oyun - 1:1

F/T: Elfsborq (İsveç) - Oalesunds (Norveç) 1:1
Qollar: Martin Ericsson, 65 - Fredrik Ulvestad, 49-pen.
İlk oyun - 0:4

F/T: Qarabağ (Azərbaycan) - Brügge (Belçika) 1:0
Qol: Bəxtiyar Soltanov, 87.
İlk oyun - 1:4

F/T: Stromsgodset (Norveç) - Atletiko (İspaniya) 0:2
Qollar: Adrian, 13. Xose Antonio Reyes, 90+1.
İlk oyun - 1:2

F/T: Sliqo Rovers (İrlandiya) - Vorskla (Ukrayna) 0:2
Qollar: Sergey Zakarlyuka, 16. Pavlo Robenok, 17.
İlk oyun - 0:0

F/T: Bröndbü (Danimarka) - Rid (Avstriya) 4:2
Qollar: Yan Kristiansen, 40. Mixael Krohn-Dehli, 45-pen. Osama Akharraz, 53; 55 - Daniel Royer, 71. Anel Hadziç, 88.
İlk oyun - 0:2

F/T: Dinamo (Gürcüstan) - Reykyavik (İslandiya) 2:0
Qollar: Albert Yagüe, 48. Georgi Kaxelişvili, 55.
İlk oyun - 4:1

F/T: Senitsa (Slovakiya) - Salzburq (Avstriya) 0:3
Qollar: Santiaqo Leonardo, 10. Alan, 57; 64.
İlk oyun - 0:1

F/T: Qaz Metan (Rumıniya) - Maynts 05 (Almaniya) 1:1 (Pen-5:4)
Qollar: Fayed Bavab, 62 - Marsel Risse, 31.
İlk oyun - 1:1

F/T: Qomel (Belarus) - Bursaspor (Türkiyə) 1:3
Qollar: İlya Aleksiyeviç, 41 - Alfred N`Diaye, 78. Federiko İnsua, 85. Turqay Bahadir, 90+2.
İlk oyun - 1:2

F/T: Hakken (İsveç) - Nasional (Portuqaliya) 2:1
Qollar: Rene Makondele, 28; 87 - Mario Rondon, 40.
İlk oyun - 0:3

F/T: Hayduk (Xorvatiya) - Stok Siti (İngiltərə) 0:1
Qol: Ryan Şotton, 90+2.
İlk oyun - 0:1

F/T: Helsinqborq (İsveç) - Bney Yehuda (İsrail) 3:0
Qollar: Mattias Lindström, 3; 73. Ardian Qaşi, 61.
İlk oyun - 0:1

F/T: Legia (Polşa) - Qaziantepspor (Türkiyə) 0:0
İlk oyun - 1:0

F/T: Renn (Fransa) - Metallurq (Gürcüstan) 2:0
Qollar: Hüqo Montano, 75. Julien Feret, 85.
İlk oyun - 5:2

F/T: Spartak (Slovakiya) - Levski (Bolqarıstan) 2:1 (Pen-7:5)
Qollar: Ladislav Tomaçek, 52; 59 - Sjoerd Ars, 11.
İlk oyun - 1:2

F/T: Lokomotiv (Bolqarıstan) - Slask (Polşa) 0:0 (Pen-3:4)
İlk oyun - 0:0

F/T:Makkabi (Təl-Əviv, İsrail) - Jeljezniçar (Bosniya və Herseqovina) 6:0
Qollar: Roberto Kolautti, 18; 45. Rafi Dahan, 38. Eliran Atar, 54; 86. Vernes Selimoviç, 82 (avtoqol).
İlk oyun - 2:0

F/T:Tun (İsveçrə) - Palermo (İtaliya) 1:1
Qollar: Dario Lejçano, 65 - Pablo Qonzales, 49.
İlk oyun - 2:2


F/T: Den Haaq (Hollandiya) - Omonia (Kipr) 1:0
Qol: Timoti Deriyk, 53.
İlk oyun - 0:3

F/T: Vadus (Lixtenşteyn) - Hapoel (Təl-Əviv, İsrail) 2:1
Qollar: Reto Zanni, 78. Rafinya, 81 - Ömər Damari, 1.
İlk oyun - 0:4

F/T: Olimpiakos (Yunanıstan) - Differdange (Lüksemburq) 3:0
Qollar: Xuan Eduardo Martin, 30. Zoltan Szeles, 57. İlias Solakis, 83.
İlk oyun - 3:0

F/T: PAOK (Yunanıstan) - Valerenqa (Norveç) 3:0
Qollar: Adelino Vyeirinya, 45. Stefanos Athasiadis, 49. Georgios Fotakis, 58.
İlk oyun - 2:0

F/T: Rabotniçki (Makedoniya) - Anortosis (Kipr) 1:2
Qollar: Panke Kumbev, 87 - Yan Rezek, 50. Kristovao, 64.
İlk oyun - 2:0

F/T: Vesterlo (Belçika) - Yanq Boyz (İsveçrə) 0:2
Qollar: Marko Şneuvli, 5. Henri Ntsama, 77.
İlk oyun - 1:3

F/T: Fulhem (İngiltərə) - Split (Xorvatiya) 2:0
Qollar: Andrey Yohnson, 19. Danni Murpi, 56.
İlk oyun - 0:0

F/T: Yablonets (Çexiya) - Alkmaar (Hollandiya) 1:1
Qollar: Lubos Louçka, 80 - Karlison Benşçop, 45.
İlk oyun - 0:2

F/T: Srvena Zvezda (Serbiya) - Ventspils (Latviya) 7:0
Qollar: Federiko Martines, 13. Andriya Kaludyeroviç, 23; 53. Darko Lazoviç, 26. Kristian Martines Borja, 41; 75. Ferreyra Mezenqa, 60.
İlk oyun - 2:1


F/T: Harts (Şotlandiya) - Paks (Macarıstan) 4:1
Qollar: Ryan Stevenson, 34; 45. Andrey Driver, 50. Rudolf Skaçel. 75 - Attila Fiola, 89.
İlk oyun - 1:1

F/T: Sent Patriks (İrlandiya) - Karpatı (Ukrayna) 1:3
Qollar: Evan Makmillan, 57 - Sergey Zenyov, 22. İhor Khudobyak, 64. İhor Oşçipko, 83.
İlk oyun - 0:2


F/T: Sarayevo (Bosniya və Herseqovina) - Sparta (Çexiya) 0:2
Qollar: Leonard Kveuke, 20. Marek Mateyovski, 36.
İlk oyun - 0:5

F/T: Austria (Avstriya) - Olimpiya (Sloveniya) 3:2
Qollar: Nacer Barazite, 16; 46; 69-pen - Nik Omladiç, 54. Boban Yoviç, 59.
İlk oyun - 1:1


F/T: Vitoriya (Portuqaliya) - Midtilland (Danimarka) 2:1
Qollar: Abdelgani Faouzi, 45. Tiaqo Tarqino, 76 - Kristian Bak Nielsen, 28.
İlk oyun - 0:0

5 Avqust, 2011  15:33 Baxılıb: 1081

Bu bölmədə