Simsar.az | bizi özünüzə Simsar bilin
Qarabağ (Azərbaycan) - Brügge (Belçika) həyəcanı

Avropa Liqası III mərhələ Cavab oyunu

4 avqust
Qarabağ (Azərbaycan) - Brügge (Belçika) 1:0

Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) (20. Nderim Nedzipi, 75), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (9. Bəxtiyar Soltanov, 81).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Brügge: 1. Kolin Kusemans, 2. Tom Hoqli, 3. Mixael Almedak, 8. Lior Refaelov, 9. Byorn Fleminks (15. Yozef Akpala, 62), 13. Viktor Vaskes (26. Fries Deşilder, 65), 18. Rayan Donk (k), 19. Tomas Menuer (Maksim Lestyen, 42), 20. Tibaut Van Aker, 28. Yannes Vansteenkiste, 32. Vadis Ocica.
Ehtiyat oyunçular: 33. Vladimir Kuyoviç, 4. Karl Hufkens, 6. Niki Zimlinq, 50. Sven Doest, 16. Maksim Lestyen.
Baş məşqçi: Adri Koster.
Qol: Bəxtiyar Soltanov, 87.
Sarı vərəqələr: Vadis Ocica, 42 - Namiq Yusifov, 44. Maksim Medvedev, 48.
Hakimlər: Saşa Kever, Daniel Vermelinger, Raffael Zeder, Stefan Bulman (hamısı İsveçrə).
UEFA nümayəndəsi: Genadi Skurtul (Moldova).
Hakim-inspektoru: Nathan Bartfeld (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Və bitdi. "Qarabağ" Avropa Liqasını III təsnifat mərhələsində, qələbə qazanaraq tərk etdi

90+2 - Rəşad Sadıqovun uzaqdan cərimə zərbəsi... Top qapının üstündən keçdi

89 - İnanılmız. Nderim Nedzipi zərbəsi az qala qol olacaqdı

87 - Künc zərbəsindən sonra Bəxtiyar Soltanov topu torpa qovuşdurdu

87 - BƏXTİYAR SOLTANOVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVV

87 - QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOL

86 - Künc zərbəsindən sonra Rəşad Sadıqovun zərbəsini rəqib qapıçı tutdu

82 - Bəxtiyar Soltanov meydana çıxdı. Georgi Adamiya meydanı tərk etdi

80 - "Brügge"nin təhlükəli hücumu. "Qarabağ"ın qapısı qarşısında qarşıqlıq yarandı. Futbolçularımız topu kornerə çıxardı. Künc zərbəsindən sonra topu uzaqlaşdırmaq mümkün oldu

75 - Rəşad Sadiqovu Nderim Nedzipi əvəzlədi

75 - Adamiyanın qapı qarşısına ötürməsinə Raufun zərbəsi qeyri-dəqiq oldu və top meydandan çıxdı

74 - Daha bir hücum... Rauf 3 rəqibini keçdi, onun qapı qarşısına ötürmə verdi. Lakin topa çatan olmadı

72 - "Qarabağ"ın zamanı Adamiya uzaqdan qapıya doğru təhlükəli zərbə endirdi və top qapıdan bir qədər aralı keçdi

69 - "Brügge"nin hücumu... Qapıya zərbə vurulub. Top "Qarabağ"ın qapıçısında qalır

65 - Viktor Vaskesi Fries Desilder əvəzlədi

64 - Daha bir təhlükəli hücum... Əfranın Raufa ötürməsi, lakin Rauf demək olar zərbə endirmək üçün gecikir və qapıçı topu tutur

61 - Byorn Fleminksi Yozef Akpala əvəzlədi

60 - "Qarabağ"ın əks-hücumu. Adamiya cərimə meydançasına ötürmə edə bilmədi

58 - Rauf Əliyev sürətlə irəliləyib qapfya zərbə vurdu. Top qapıdan aralı keçdi

54 - Qara Qarayevin uzaqdan möhtəşəm zərbəsi. Top qapıdan aralı keçdi

53 - Adamiya rəqib cərimə meydançasına daxil oldu. Qapıçı ilə üzbə-üz çıxa bilərdi. Lakin "Brügge"nin oyunçusu topu meydandan çıxara bildi

50 - Oyun komandaların qarşılıqlı hücumları şəraitində davam edir. "Qarabağ" təhlükəli vəziyyət yarada bilmir

48 - Maksim Medvedev sarı vərəqə aldı

47 - İndi az qala belçikalılar hesabı açacaqdı. Lakin "Qarabağ"ın qapısı qarşısında yararan qarışıqlıq zamanı futbolçular topu uzaqlaşdıra bildi

46 - İkinci hissə başladı

H.T: İlk yarı bitdi

44 - Namiq Yusifov sarı vərəqə aldı

43 - "Brugge"də ilk əvəzləmə. Menuer yerini Lestyenə verdi

42 - Rəşad Sadiqova qarşı kobud oynayan Vadis Ocica sarı vərəqə alır

39 - Növbəti təhlükəli hücum... Adamiya qapıçı ilə təkbətək qalır, lakin o zərbə endirməyə gecikdi

38 - "Qarabağ" künc zərbəsini yerinə yetirir. Lakin Rəşad Sadiqovun ötürməsini komanda yoldaşları başa düşmədi

36 - Adamiyaya qarşı kobudluq, lakin sarı vərəqə vemədi

32 - "Qarabağ" hücumu... Rauf Əliyevin ardıcıl qapıya doğru zərbələri, lakin rəqib oyunçu topu qapıya girməsinə mane oldu

30 - "Brügge" qapısı qarşısında paslaşmalar, lakin qapıya zəbə endirməyə imkan olmadı

28 - Raufun Adamiyaya ötürməsi, Adamiyanın qapıya zərbəsi, lakin zərbənin qarşısını müdafiəçilər aldı

26 - Rəşad Sadiqovun birbaşa qapıya doğru təhlükəli zərbəsi, lakin qapıçı topu tutdu

23 - Daha bir hücum... Əfranın qapı qarşısındakı Raufa ötürməsi, lakin rəqib oyunçu topun Raufa çatmasına mane oldu

22 - "Qarabağ" hesabı açğma yaxın oldu. Lakin Əfranın asmasına Sadiqov dəqiq zərbə endirə bilmədi

11 - Raufa qarşı təhlükəli nöqtədə kobud oyun qeydə alındı. Cərimə zərbəsini Rəşad Sadıqov yerinə yetirdi və top qapıdan azca aralı keçdi

10 - Adamiyaya qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsini müdafiəçilər zərərsizləşdirdi

7 - Vaskesin zərbəsi qapının üstündən keçdi

4 - Adamiyanın uzaqdan zərbəsini qapıçı asanlıqla tutdu

1 - Oyun başladı

5 Avqust, 2011  05:16 Baxılıb: 1610

Bu bölmədə