Simsar.az | bizi özünüzə Simsar bilin
Elnur Abbasov "Kartalspor"a baxışa yollanmaq istəmir

"Turan"dan ayrılan futbolçu seçim qarşısında qalıb

Bir ara "Bakı" və "Kəpəz"ə keçəcəyi gözlənilən Elnur Abbasov klubsuz qalıb. Fanat.az premyerliqa.az saytına istinadən xəbər verir ki, Əsgər Abdullayevin gəlişindən sonra "Turan"dan gedən yarımmüdafiəçi "Kəpəz"lə maliyyə məsələlərində anlaşa bilməyib. 
Futbolçunun özünün verdiyi məlumata görə, Türkiyə Bank Asiya birinci liqasından "Kartalspor" onu baxışa dəvət edib. Ancaq baxışa yox, birbaşa müqaviləyə qol çəkmək üçün ora yollanmaq istəyən Abbasov disk və sv-sini kluba göndərib.
Futbolçunun "Simurq"la da anlaşa biləcəyi söz-söhbətləri dolaşmaqdadı. Abbasovun hansı klubla keçəcəyi isə yaxın günlərdə həllini tapmalıdı.

5 Avqust, 2011  05:00 Baxılıb: 1106

Bu bölmədə