Simsar.az | bizi özünüzə Simsar bilin
AĞSU DAĞLARINDA YANĞIN

2 hektar ərazidə ot, kol-kos və kiçik ağaclar yanıb

Azərbaycanın Ağsu rayonunun dağlarında yanğın baş verib. Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Mahir Kərimov bildirib ki, hadisə bu gün saat 11:00 radələrində Gursulu kəndinin dağlıq ərazisində qeydə alınıb. Kənd bələdiyyəsinə məxsus torpaq sahəsindəki iki hektarlıq otlaq sahəsində baş verən yanğın zamanı kol-kos və xırda ağaclar yanıb. Əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib və saat 12:50 radələrində yanğın tam söndürülüb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı meşə sahəsinə və yüksək gərginlikli elektrik naqillərinin keçdiyi əraziyə çatmasının qarşısını alıblar.

4 Avqust, 2011  22:43 Baxılıb: 990

Bu bölmədə