İNDONEZİYADA VERTOLYOT QƏZASI OLUB
Qəza nəticəsində 9 nəfər həlak olub İndoneziyada “Bell 412” vertolyotunun qəzaya uğraması nəticəsində doqquz nəfər ölüb. Vertolyot Manado əyalətində yerləşən mədənə işçiləri aparırmış, sərnişinlərin hamısı bu mədənin işçiləri olub. Vertolyot havaya qalxdıqdan bir neçə dəqiqə sonra onunla rabitə əlaqəsi itib. Vertolyotun qəzaya uğradığı ehtimal olunan əraziyə polis və yerli sakinlərdən ibarət xilasedici missiya göndərilib. Hava maşınının qalıqlarını yalnız bu gün səhər aşkarlamaq mümkün olub. Vertolyotda iki heyət üzvü və səkkiz mədən işçisi olub. Sərnişinlərdən bir qadın sağ qalıb, ağır vəziyyətdə olan qadın xəstəxanaya çatdırılıb.
4 Avqust, 2011 16:22 ⁄ Baxılıb: 997
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |