Simsar.az | bizi özünüzə Simsar bilin
Qurban Qurbanovdan səmimi açıqlama

“Azarkeşlər meydana gəlməsə, futbolçularda psixoloji gərginlik yaranacaq”

“Futbolçuların da bəziləri oruc tutur. Ancaq mən bu barədə onlardan heç nə soruşmamışam.
Sadəcə onu soruşmuşam ki, sabahkı oyuna nə dərəcədə hazırdılar? Futbolçularım peşəkardırlar. Düşünürəm ki, onlar nə etdiklərini yaxşı bilirlər".

Simsar.az-ın məlumatına görə, bu sözləri "Brügge" ilə oyundan öncə keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanovun sözlərinə görə, ilk oyunda gözlənilməz hesab qeydə alınıb: “İstəməzdik, belə olsun. Bununla belə, futbolçularım qormamalı və sabahkı oyunda sonadək oynamalıdırlar".


Qurbanov daha sonra cütün taleyinin hələ həll olunmadığını bildirib: "İlk oyunda böyükhesablı məğlubiyyətə baxmayaraq, cütün taleyi hələ həll olunmayıb. Rəşad Sadiqovla söhbət etdik. Hər şeyi onun öhdəsinə buraxaraq bildirdik ki, bütün komanda sənin yanındadır.

Onun hər şeyi unutması üçün Sadiqov daha çox komandanın düşərgəsində olmalıdır. Çalışacağıq ki, ilk qolu biz vuraq. Vüqarın yerinə isə Adamiyanı oynatmağı planlaşdırıram.

Real baxdıqda isə bu çox çətin olacaq, ancaq biz meydana yalnız yaxşı nəticə üçün çıxacağıq. Azarkeşləri də başa düşürəm. Əgər oyunumuz alınsa, azarkeşlər daha maraqlı oyunun şahidi olacaqlar.

Sabahkı oyunda azarkeşlər də meydana gəlməsələr, futbolçularda psixoloji gərginlik yaranacaq. Ona görə də bir olmalıyıq. Çünki hələ təslim olmamışıq.

Oyuna çox ciddi hazırlaşmışıq. Aut və standart vəziyyətlər üzrə daha çox çalışmışıq.

4 Avqust, 2011  14:56 Baxılıb: 1148

Bu bölmədə