Simsar.az | bizi özünüzə Simsar bilin
BERBATOV MANÇESTERDƏN AYRILACAQ

Mançester Yunaytedin baş məşqçisi Ser Aleks Ferquson verdiyi müsahibədə klubun təcrübəli futbolçularından olan Dimitar Berbatov haqqında fikirlərini bildirdi.

“Qırmızı şeytanlar”ın bolqarıstanlı ulduz futbolçusu Dimitar Berbatov yaxın günlərdə klubdan ayrıla bilər. Klubun baş məşqçisi Ser Aleks Ferquson məsələ haqqında fikirlərini bildirərkən Berbatovun klubdan ayrılmaq ehtimalının olduğunu dilə gətirib. Xatırladaq ki, Berbatovla Fransanın PSJ klubu yaından maraqlanmaqdadır.

Məsələ haqqında bir neçə gün əvvəl fikrini bildirən klub rəhbəri David Qil: “Hər kəs Berbatovun gedəcəyi haqqında danışır. Biz onun getməsini istəmirik. Əksinə, klubda qalıb bizimlə birlikdə olmasını istıyirik. Keçən mövsüm 20 qola imza atmışdı. Yəni rəhbərlik olaraq, onun getməsini istəmirik” sözlərini söyləmişdi.

4 Avqust, 2011  04:00 Baxılıb: 1045

Bu bölmədə