Simsar.az | bizi özünüzə Simsar bilin
PİKE: “SANÇEZ MESSİNİN İŞİNİ ASANLAŞDIRACAQ”

Barselonanın gənc müdafiəçisi Cerard Pike verdiyi açıqlamada klubun yeni transferi Aleksis Sançez haqqında fikirlərini bilirib.

Katalon klubunun təcrübəli müdafiəçisi Cerard Pike müsahibəsi zamanı, klubun yeni transferi olan Aleksis Sançez haqqında fikirlərini bildirərkən, futbolçunun klubun digər ulduz futbolçusu olan Messi ilə bir-birləini yaxşı başa düşəcəklərini və Sançezin Messinin işini asanlaşdıracağını dilə gətirib.

ESPN-ya müsahibə verən Pike: “Sançez rəqibin cərimə sahəsində boşluqlar yaratmağı bacarır. Bu da Messinin daha çox təhlükəli epizodlara girməyə köməklik edəcək. Bundan sonra, artıq rəqiblərin işinin daha da çətinləşəcəyini düşünürəm. Çünki, əvvəl rəqib mdafiəçilər ancaq Messinin qarşısını almağa çalışırdılarsa, bundan sonra Sançezin də rəqib müdafiəçilər üçün ciddi problemlər yaradacağını düşünürəm. Sançezin kluba böyük faydalar verəcəyinə inanıram.” Sözlərini söylədi.

3 Avqust, 2011  20:23 Baxılıb: 1340

Bu bölmədə