Simsar.az | bizi özünüzə Simsar bilin
QƏDİM İNSAN MƏSKƏNİ AŞKARLANIB

Ərazidə 120 min il əvvəl qədim insanların məskunlaşması məlum olub

Arxeoloji qazıntılar Lerikin qədim insan məskənlərindən biri olduğunu sübut edib.

Buzeyir kəndi yaxınlığında Zuvandçay poleolit düşərgəsində tapılan maddi mədəniyyət nümünələrinin 120 min illik tarixi olduğu güman edilir. Ərazidən əmək alətləri, ovlanan heyvan və quş skiletlərini qalıqları aşkarlanıb.

Dəniz səviyyəsindən 1600-metr yüksəklikdə yerləşən mağarada digər maraqlı məqam poleolit dövrünə aid təbəqədə ocaq izlərinin aşkarlanmasıdır.

Buzeyir mağarasında aşkarlanan maddi mədəniyyət nümünələri zaman-zaman tarixçilərin diqqəti cəlb edib, müxtəlif tədqiqat işləri aparılsa da mağaranın tam tədqiqi başa çatdırılmayıb. Zuvandçay poleolit düşərgəsi Azərbaycanın dünya şöhrətli Azıx mağarasından sonra ikinci poleolit abidəsi hesab olunur.

3 Avqust, 2011  19:40 Baxılıb: 4155

Bu bölmədə