Simsar.az | bizi özünüzə Simsar bilin
Ağstafanın mərkəzi bazarında yanğın

Ağstafa rayonunda yanğın hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə Ağstafa mərkəzi bazarında qeydə alınıb.

Saat 15:20 radələrində başlayan yanğının söndürülməsinə Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində bazarın 150 kvadratmetr sahəsi yararsız hala düşüb, 3 mağazaya ziyan dəyib.

Alovun digər mağazalara keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

6 Fevral, 2017  19:14 Baxılıb: 3042

Bu bölmədə