Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda kolbasa sexi partladı

İlkin məlumatlara görə 3 nəfər ölüb

Nərimanov rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, Ağa Nemətulla küçəsində “Mona Liza”şadlıq sarayınnın yaxınlığındakı kolbasa sexində güclü partlayış olub. Yanğına keçən partlayış nəticəsində ən azı 3 nəfərin öldüyü bildirilir. Ölənlərin olması ilə bağlı xəbəri Lent.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından təsdiqləyiblər.

Hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur.

3 Avqust, 2011  15:54 Baxılıb: 2295

Bu bölmədə