Simsar.az | bizi özünüzə Simsar bilin
"Fənərbağça"nın ulduz oyunçusu polisdə ifadə verdi

Emre Belozoğlu danışılmış oyunlara görə dindirilir

Türkiyənin "Fənərbağça" futbol klubunun oyunçusu Emre Belozoğlu danışılmış oyunlarla bağlı cinayət işi əlaqədar bu gün saxlanılıb. Simsar.az türkiyə mətbuatına istinadən bildirir ki,
Belozoğlu ifadə verməsi üçün İstanbul Polis İdarəsinə gətirilib.

Türkiyədə bir müddət bundan əvvəl razılaşdırılmış oyunlarla bağlı işlə əlaqədar saxlanılan "Fənərbağça" prezidenti Əziz Yıldırım elə həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Polis əməliyyatı eyni vaxtda Türkiyənin 12 vilayətində, eləcə də İstanbulda və Ankarada aparıb.

Türk telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "sarı-lacivərdlər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşan razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.

Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci böyük əməliyyatdır.

RAMİL

2 Avqust, 2011  18:43 Baxılıb: 1016

Bu bölmədə