Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda məktəb binasında yanğın oldu

Avqustun 1-də Bakıda yerləşən orta məktəb binalarından birində yanğın hadisəsi baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində yanğın başlayıb. Yanğın binanın ehtiyat çıxış qapısını əhatə edib. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

2 Avqust, 2011  18:08 Baxılıb: 974

Bu bölmədə