Simsar.az | bizi özünüzə Simsar bilin
Dəhşətli istilər davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentini avqustun 2-nə olan hava proqnozunu açıqlayıb.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 35-40 dərəcə, yarımadanın bəzi yerlərində 42 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 39-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlarda gecə 19-24 dərəcə, gündüz 34-38 dərəcə isti təşkil edəcək.

2 Avqust, 2011  05:51 Baxılıb: 983

Bu bölmədə