Simsar.az | bizi özünüzə Simsar bilin
VUÇİNİÇ RƏSMİ OLARAQ YUVENTUSDA

Transfer fəaliyyətlərini davam etdirən Yuventus daha bir təcrübəli futbolçunu heyətinə qata bildi.

Növbəti mövsümə hazırlıqlarını davam etdirən və transfer fəaliyyətində öz fəallığı ilə seçilən Yuventus daha bir təcrübəli futbolçu ilə razılığa gəlməyə bacarıb. Torino təmsilçisi Romanın çernoqoriyalı təcrübəli hücumçusu Mirko Vuçiniçi heyətinə cəlb edib. Vuçiniç yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Yuventus rəhbərliyi transfer qarşılığında Romaya 15 milyon avro ödəyəcək. Verilən açıqlamaya görə, Vuçiniç hər il 3.5 milyon avro qazanacaq. Verilən son məlumata görə, Vuçiniç tibbi müayinədən artıq keçib.

2 Avqust, 2011  02:20 Baxılıb: 1043

Bu bölmədə