Simsar.az | bizi özünüzə Simsar bilin
RƏİS MÜAVİNİ KORRUPSİYAYA GÖRƏ SAXLANILIB

Respublika Hərbi Komissarlığının şöbə rəisinin müavini, polkovnik-leytenant Etibar Nuriyev korrupsiya faktı ilə əlaqədar saxlanılıb

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Mənbənin sözlərinə görə, Nuriyev vaxtilə Cəlilabad rayon hərbi komissarının müavini vəzifəsində çalışıb və həmin vəzifədə çalışarkən buraxdığı səhvlərə görə saxlanılıb.

Onun barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Trend

1 Avqust, 2011  22:56 Baxılıb: 1050

Bu bölmədə