1500 NƏFƏRİN QATİLİ HƏBS EDİLİB
Meksikada 1500 nəfəri öldürməkdə ittiham olunan narkobaron həbs edilib Meksika hüquq-mühafizə orqanları “Xuares” narkokartelinin rəhbəri, “Dieqo” ləqəbli Xose Antonio Akostunu həbs ediblər. “Dieqo” ölkənin şimalındakı Syudad-Xuares şəhərində 1500 nəfərin ölümündə iştirak etməkdə təqsirləndirilir. Hökumət uzun müddətdən bəri axtarışda olan “Dieqo”nun yerini deyən şəxsə 1 milyon dollar mükafat boyun olmuşdu. Onun fəaliyyətinin əsas qurbanları polislər, mülki şəxslər və “Xuares”lə rəqabət aparan cinayətkar qruplaşmaların üzvləri olub. “Dieqo”nun həbsi ABŞ-ın Narikotiklərlə Mübarizə İdarəsi ilə əməkdaşlıq nəticəsində mümkün olub.
1 Avqust, 2011 18:29 ⁄ Baxılıb: 1035
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |