Simsar.az | bizi özünüzə Simsar bilin
MİN METRDƏN YERƏ ÇIRPILAN PARAŞÜTÇÜ SAĞ QALDI

Danimarkalı paraşütçü 1 kilometr hündürlükdən yerə çırpılıb

MIGnews.com saytının verdiyi məlumata görə, söhbət 28 yaşlı qadından gedir. O, təmsil etdiyi klubun digər üzvlərilə birlikdə təyyarədən atılıb. Lakin digərlərindən fərqli olaraq, onun nə əsas, nə də ehtiyat paraşütü açılıb. Xilasedicilər hadisə yerinə "cəsədi götürmək üçün" gəlsələr də, paraşütçünün sağ olduğunu görüblər. Həkimlər onun həyatının təhlükədə olmadığını bildirirlər.
Hadisənin başqa detalları açıqlanmır.

1 Avqust, 2011  16:00 Baxılıb: 1066

Bu bölmədə