Simsar.az | bizi özünüzə Simsar bilin
Yol polisi, telefonu söndür

İnspektorlara qadağa

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) inspektorlarına qayda pozan sürücülərin təkidi ilə telefonla danışmamaq barədə göstəriş verilib.

Simsar.az-ın xəbərinə görə, bu barədə DYP-nin Yol Patrul Xidmətinin rəisi Ərəstun Məcidov bildirib. Ə.Məcidovun sözlərinə görə, bəzi sürücülər yol hərəkəti haqqında qanunun tələblərini pozur, DYP-i əməkdaşı onu saxladıqda həmin şəxslər müxtəlif insanlara zəng vurur: “Həmin sürücülər bu yolla DYP inspektorlarının işinə mane olur və polis əməkdaşından “day-day”-ları ilə danışmasını tələb edir. Baş verə biləcək neqativ halların aradan qaldırılması üçün DYP inspektorlarına bu kimi hallarda telefonla danışmamaq barədə göstəriş verilib”.

Vəli Turan

1 Avqust, 2011  15:32 Baxılıb: 1051

Bu bölmədə