GƏNCƏDƏ BAYRAQ MEYDANI İNŞA EDİLİR
Azərbaycanın dövlət bayrağı 100 metr hündürlükdə dalğalanacaq Gəncədə bayraq meydanı inşa edilir. Gəncə çayının sağ sahilində, Gəncə Dövlət Universitetinə yaxın ərazidə tikintisinə başlanılan meydanda Azərbaycanın dövlət bayrağı 100 metr hündürlükdə dalğalanacaq. Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Türkiyədə hazırlanan bayrağın uzunluğu 50, eni isə 25 metr olacaq. Hündürlüyü 4 metr nəzərdə tutulan postament qranitlə üzlənəcək. Qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunacaq. Meydanla bağlı işlərin gələn ayın sonlarında yekunlaşdırılması nəzərdə tutulur.
1 Avqust, 2011 15:27 ⁄ Baxılıb: 1364
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |