Simsar.az | bizi özünüzə Simsar bilin
AYKUT KOCAMANDAN “ŞOK” AÇIQLAMA

Fənərbaxçanın təcrübəli baş məşqçisi Aykut Kocaman hər kəsi təəccübləndirəcək açıqlamalar verdi.

Türkiyədə davam etməkdə olan futbolda danışılmış oyunlarla bağlı əməliyyat-istintaq çərçivəsində artıq III mərhələyə start verilib. Dünəndən etibarən başlayan bu mərhələdə əsas günahkar hesab olunan Fənərbaxça klubunun bir neçə rəsmi şəxsləri nəzarətə götürülmüşdü.

Bu əməliyyat çərçivəsində Fənərbaxçanın baş məşqçisi olan Aykut Kocamanın şok açıqlama verdiyi iddia edilir. DHA-nın və Milliyet qəzetinin verdiyi xəbərə görə məsələ haqqında fikirlərini bildirən Kocaman belə dediyi iddia edilir: “Bu çempionluq üçün böyük zəhmətlər çəkmişik. Fənərbaxçanın super liqadan uzaqlaşması eyni zamanda mənim də futbol karyeramın başa çatması deməkdir. Çünki, liqa ərzində oynadığımız oyunları hər kəş izləyirdi. Bütün klubların bizə qarşı olduqca ciddi oyun nümayş etdirdikləri göz qabağında idi. Buna görə də, Fənərbaxçaya qarşı hər hansı bir ağır cəza veriləcəyi təqdirdə karyeramı başa vuracağam”

30 İyul, 2011  18:06 Baxılıb: 1113

Bu bölmədə